Anaa
| Anaa adası | |
|---|---|
| fr. Anaa | |
| | |
| Ümumi məlumatlar | |
| Sahəsi | 38 km² |
| Hündür nöqtəsi | 11 m |
| Əhalisi | 461 nəfər (2007-ci il) |
| Yerləşməsi | |
| 17°23′ c. e. 145°30′ q. u.HGYO | |
| Ölkə |
|
| Akvatoriya | |

Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır. 1878-ci ildəki siklona qədər Tuamota arxipelaqının mərkəzi Anaada yerləşirdi. XIX əsrdə adanın əhalisi 2 min nəfərə çatırdı. Ancaq mormonlar və katolik misionerlərdə toqquşmalar nəticəsində əhalisinin sayında azalma baş vermişdir.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]İnzibati baxımından Anaa, Faaite, Motutunqa və Tahanea atolları birlikdə Anaa kommunasını əmələ gətirir. Oda Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.
| Ada / rif | Quru sahəsi, km² | Laqunun sahəsi, km² | Əhali, nəf. (2007) | İnzibati mərkəz |
|---|---|---|---|---|
| Anaa | 38,00 | 90,0 | 461 | Tukuhora |
| Faaite | 8,87 | 227,0 | 366 | Hitianau |
| Motutunqa | 1,38 | 126,0 | — | — |
| Tahanea | 7,70 | 522,5 | — | — |
| Anaa | 55,95 | 965,5 | 827 | Tukuhora |
Əhali
[redaktə | vikimətni redaktə et]2007-ci il məlumatına görə adada 461 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi — Tukuhora
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır.
Təbiət hadisələri
[redaktə | vikimətni redaktə et]Adada tez-tez fırtınalar baş verir. Ən güclü fırtınalar 1878 (bundan sonra paytaxt Fakaravaya köçürülür) və 1906-cı illərdə baş vermişdir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ada haqqında informasiya (ing.)