close
Məzmuna keç

Aqamemnon

Vikipediya, azad ensiklopediya
Aqamemnon
q.yun. Ἀγαμέμνων
Mifologiya Yunan mifologiyası
Cinsi kişi[d]
Atası Atrey[1]
Anası Aeropa
Qardaşı və bacısı Menalay[1]
Arvadı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqamemnonyunan mifologiyasında Mikena kralı, Sparta kralı Menalayın böyük qardaşı, Axey ordularını Troya müharibəsinə aparan baş komandan. AtreyAeropanın oğludur.[4]

Yunan ordusu Troyaya yola düşmək üçün Avlid limanına yığışarkən külək tamamilə kəsilir. Aqamemnon fırtına və ov ilahəsi Artemisin küskün küləkləri sərbəst buraxması üçün öz doğma qızı İfigeniyanı qurban verməyə məcbur olur. Lakin İfageniya qurban kəsiləcəyi anda Artemis mərhəmət göstərərək onun yerinə bir maral göndərir, qızı isə öz məbədinə rahibə təyin edir. Beləliklə, Artemis küləkləri sərbəst buraxır və donanma yola düşür.[5]

Covani Battista Tiepolonun "İfageniyanın qurban verilməsi" tablosu (1757)

Troya müharibəsində qazanılan qələbədən sonra Aqamemnon Troyanın bəsirətli şahzadəsi Kassandranı da əsir götürərək Mikenaya qayıdır. Lakin qızları İfageniyanın qurban edilməsi cəhdini və ərinin yad bir qadınla (Kassandra) saraya dönməsini qəbul edə bilməyən həyat yoldaşı Klitemnestra, gizli sevgilisi Egisf ilə bərabər Aqamemnonu qətlə yetirir.[6]

Homerin "Odisseya" dastanında baş qəhrəman İtaka kralı Odissey ölülər dünyasına (Aid) səfər edərkən Aqamemnonun ruhu ilə qarşılaşır. Aqamemnon öz ölümü barədə belə bəhs edir:

" Ey çox hiyləgər Odissey, ilahi Laertesoğlu,

Nə Poseydon məhv etdi məni gəmilərimdə,

Nə də qəddar yellərin qorxunc nəfəsini saldı üstümə.

Nə də quruda düşmən əliylə gəldi sonum...

Egisf oldu mənə ölümü, əcəli hazırlayan,

O canımı aldı, xain arvadımın köməyi ilə.

Evində qonaq edib, əyləşdirmişdi məni süfrəsinə,

Və kəsdi başımı yemək üstündə – tövlədəki bir sığır kimi...

Mən bax beləcə can verdim, ürəkdağlayan bir ölümlə.
Homer, "Odisseya", XI nəğmə, 405-413.[7]

"

Sonradan Aqamemnonun oğlu Orest atasının intiqamını almaq üçün həm anası Klitemnestranı, həm də onun sevgilisi Egisfi öldürmüşdür. Digər bir rəvayətə görə isə, Aqamemnon ulu babası Tantal kimi saray hamamında (və ya hovuzda) torla tələyə salınaraq boğulmuş və ya balta ilə qətlə yetirilmişdir.[8]

  1. 1 2 3 Любкер Ф. Agamemnon (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 43.
  2. Любкер Ф. Orestes (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 958–959.
  3. Любкер Ф. Iphigenia (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 667–668.
  4. Günther, Linda Maria. Griechische Antike (alman). S. Fischer Verlag. 2011. 28.
  5. Guerber, H. A. The Myths of Greece and Rome (ingilis). Dover Publications. 1993. 240–242.
  6. Easterling, P. E. The Cambridge Companion to Greek Tragedy (ingilis). Cambridge University Press. 1997. 118–120.
  7. Homer. Homer — Odisseya (az.). Öndər Nəşriyyat. 2004. 180.
  8. Apollodorus. The Library of Greek Mythology (ingilis). Oxford University Press. 1975. 152.

Birinci dərəcəli mənbələr

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]