Civa
Civa (sanskr. जीव, jīvaIAST), Civatman və ya civa-bhuta — Hinduizm və Caynizm ənənələrində ruh anlayışının qarşılığı. Söz Sanskrit dilində "yaşamaq" mənasına gələn jīv feil kökündən törəmişdir.[1] Civa anlayışı Bhaqavat Gita və Upanişadlar kimi müxtəlif mənbələrdə tərif olunmuşdur.
Təriflər
[redaktə | vikimətni redaktə et]Bhaqavat-Gitada civa haqqında ətraflı izahlar mövcuddur. Gita-nın 2-ci fəslində birbaşa "civa" sözü işlədilməsə də, civanın xüsusiyyətləri aydın şəkildə sadalanır.[2]
न जायते म्रियते वा कदाचि-
न्नायं भूत्वा भविता वा न भूयः ।
अजो नित्यः शाश्वतोऽयं पुराणो
न हन्यते हन्यमाने शरीरे ॥ २० ॥
"Ruh heç vaxt doğulmur və heç vaxt ölümə məhkum olmur. O, heç vaxt yaranmayıb və gələcəkdə də yox olmayacaqdır. O, doğulmamış, əbədi, əzəli və ilkindir — bədən məhv edildikdə o ölmür."
— Bhaqavat Gita, 2.20
Bhaqavat-Gita ruh anlayışından iki dəfə jīva-bhūta (canlı varlıq) kimi bəhs edir [7.5, 15.7].[2]
7-ci fəslin 5-ci şlokasında jīva-bhūta Allahın ali təzahürü kimi səciyyələndirilir:[2]
अपरेयमितस्त्वन्यां प्रकृतिं विद्धि मे पराम् ।
जीवभूतां महाबाहो ययेदं धार्यते जगत् ॥ ५ ॥
"Bu Mənim aşağı təbiətimdir, ey Qüdrətli! Lakin dünyanı yaşadan ali təbiətimi, yəni canlı varlığı da tanı."
— Bhaqavat Gita, 7.5
15-ci fəslin 7-ci şlokasında isə jīva-bhūta əbədi varlıq və Allahın bir hissəsi (təzahürü) kimi təsvir olunur:[2]
ममैवांशो जीवलोके जीवभूत: सनातन: ।
मन:षष्ठानीन्द्रियाणि प्रकृतिस्थानि कर्षति ॥ ७ ॥
"Maddi aləmdə Mənim əbədi hissəmdən başqa bir şey olmayan canlı varlıq, altıncısı zəka olan maddiyyata bağlı hissələri idarə edir."
— Bhaqavat Gita, 15.7
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat siyahısı
[redaktə | vikimətni redaktə et]- Sangave, Vilas Adinath, Jain Community: A Social Survey (2nd), Bombay: Popular Prakashan, 1980, ISBN 978-0-317-12346-3