Con Qyordon
| Con Qyordon | |
|---|---|
| ing. John Gurdon | |
| | |
| Doğum tarixi | 2 oktyabr 1933[1][2][…] |
| Vəfat tarixi | 7 oktyabr 2025[3][4] (92 yaşında) |
| Elm sahəsi | Bioloji inkişaf |
| İş yerləri | |
| Təhsili | |
| Üzvlüyü |
|
| Mükafatları |
|
Con Qyordon[5][6] — (2 oktyabr 1933[1][2][…] – 7 oktyabr 2025[3][4]) Britaniyalı bioloq və Şinya Yamanaka ilə bərabu "Yetkin hüceyrələrin pluripotent olması üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" 2012-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.[7]
London Kral Cəmiyyətinin üzvü (1971-ci ildən),[8] ABŞ Milli Elmlər Akademiyasının (1980-ci ildən)[9] və Fransa Elmlər Akademiyasının (1989-cu ildən)[10] xarici üzvü.
Həyat yolu
[redaktə | vikimətni redaktə et]Con Qyordon 2 oktyabr 1933-cü ildə Birləşmiş Krallıqda anadan olmuşdur. İton kollecində təhsil aldıqdan sonra Oksford Universitetində oxumuşdur. Əvvəlcə klassik ədəbiyyat, lakin sonradan zoologiyaya üzrə təhsil almışdır. Onun doktorluq dissertasiyası caynaqlı qurbağa hüceyrələrinin nüvə transplantasiyası ilə əlaqədar olmuşdur.[11] Daha sonra C.Qyordon elmi fəaliyyətini Kaliforniya Texnologiya İnstitutunda davam etdirmişdir.[12] 1962-ci ildən 1971-ci ilə qədər Oksford Universitetinin Zoologiya kafedrasında işləmişdir. 1971-ci ildən 1983-cü ilə qədər Qyordon Kembric Universitetində Molekulyar Biologiya Laboratoriyasında işləmişdir. 1983-cü ildən öldüyü günə qədər o, Kembric Universitetinin Zoologiya kafedrasının üzvü olmuşdur. 1989-cu ildə o, Kembricdə Hüceyrə Biologiyası və Onkologiya İnstitutunu təsis etmiş və 2001-ci ilə qədər onun direktoru vəzifəsində işləmişdir. 1994-cü ildən 2002-ci ilə qədər C.Qyordon Kembric Universitetinin Maqdalena Kollecinin magistri olmuşdur. 2012-ci ildə Con Qyordon Şinya Yamanaka ilə bərabər "Yetkin hüceyrələrin pluripotent olmaq üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülmüşdürlər.[13]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1985-ci ildə — Kral Medalı
- 1987-ci ildə — Biologiya üzrə Beynəlxalq Mükafatı
- 1989-cu ildə — Volf Mükafatı
- 2003-cü ildə — Kopli Medalı
- 2009-cu ildə — Rozenstiel Mükafatı
- 2009-cu ildə — Əsas Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı
- 2012-ci ildə — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Rogers K. Sir John Bertrand Gurdon // Encyclopædia Britannica (ing.).
- 1 2 Sir John B. Gurdon // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
- 1 2 Nobel Laureate Professor Sir John Gurdon dies aged 92 (ing.). 2025.
- 1 2 John Gurdon, Nobel laureate who laid groundwork for cloning, dies at 92 (ing.). Washington Post, 2025. ISSN 0190-8286
- ↑ Nobel Laureate Professor Sir John Gurdon dies aged 92 (англ.) — 2025.
- ↑ John Gurdon, Nobel laureate who laid groundwork for cloning, dies at 92 (англ.) — Washington Post, 2025. — ISSN 0190-8286
- ↑ The 2012 Nobel Prize in Physiology or Medicine - Press Release (англ.). Nobel Media. Дата обращения: 8 октября 2012. Архивировано 13 декабря 2012 года.
- ↑ John Gurdon Архивная копия от 12 августа 2019 на Wayback Machine (англ.)
- ↑ Гердон, Джон на сайте Национальной академии наук США (англ.)
- ↑ John Gurdon Архивная копия от 25 сентября 2020 на Wayback Machine (фр.)
- ↑ Gurdon, John (1961). Studies on nucleocytoplasmic relationships during differentiation in vertebrates (англ.). University of Oxford.
- ↑ Rodney Porter Lectures: Biography (англ.). Department of Biochemistry, University of Oxford. Дата обращения: 8 октября 2012. Архивировано 13 декабря 2012 года.
- ↑ Нобелевская премия по физиологии и медицине 2012 года. NobelPrize.org (8 октября 2012). Дата обращения: 8 октября 2012.
- 2 oktyabrda doğulanlar
- 1933-cü ildə doğulanlar
- 7 oktyabrda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- 92 yaşında vəfat edənlər
- Son bir ildə vəfat etmiş şəxslər
- Oksford Universitetinin müəllimləri
- Kembric Universitetinin müəllimləri
- İton Kollecinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- Avropa Akademiyasının üzvləri
- Cəngavər bakalavrları
- Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları
- Copli medalı ilə təltif edilənlər
- Rosenstiel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər