Korjinski armudu
| Korjinski armudu | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||
| Elmi təsnifat | ||||||||
|
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Korjinski armudu |
||||||||
| Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
| ||||||||
Korjinski armudu (lat. Pyrus korshinskyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Qafqazda meşələrdə aşağı yaruslarda rast gəlinir.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Orta hündürlüyə malik tikansız ağacdır. Zoğlarının qabığı boz-qonurumtul olub, sıx tükcüklərlə örtülüdür. Yarpaqları 5–10 sm uzunluğunda, 2-4 sm enində, yumurtavari, dilşəkillidir, ucu sivridir, uzunsov, kənarları dalğavari mişardişli, üzəri sıx tükcüklərlə örtülüdür. Yarpaq saplağının uzunluğu 1,5-5 sm-dir. Çiçəkləri 3-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. 5 ləçəkdən ibarət, tək-tək yerləşən çiçək tacı ağ, çəhrayı rəngdədir. Kasacığı 5 kasacıq yarpağından ibarətdir, xaricdən sıx keçətüklü, daxildən seyrək tüklüdür. Dişicik sütuncuğu 5, bəzən 2-4 olub, yumurtalıq 5 yuvalıdır. Meyvələri enli armud və ya şarşəkilli, ləti şirəli, bir az daşlaşmışdır.[1]
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Quraqlığa davamlı ağacdır.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Azərbaycanın bir çox rayonunda yaşıllıqlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Bu armudun meyvələrində çoxlu karbohidrat olduğu üçün faydalıdır. Odur ki, meyvələri həm təzə, həmçinin bişirilmiş halda yeyilir. Meyvə şərabı, sərinləşdirici içkilər, kvas üçün cövhər kimi istifadə edilir. Toxumlarından kofe hazırlanır.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Pyrus bucharica subsp. korshinskyi (Litv.) Zaprjagaeva
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Pyrus bucharica Litv.
- Pyrus bucharica subsp. daschtidshumica Zaprjagaeva
- Pyrus bucharica var. diversifolia Popov
- Pyrus bucharica var. hissarica Kudr.
- Pyrus bucharica var. simplicifolia Popov
- Pyrus bucharica var. typica Kudr.
- Pyrus buharica Litv.
- Pyrus erythrocarpa Vassilcz.
- Pyrus korshinskyi subsp. bucharica (Litv.) Bondarenko ex O.N.Korovina
- Pyrus korshinskyi subsp. daschtidshumica (Zaprjagaeva) Bondarenko ex O.N.Korovina
- Pyrus korshinskyi var. glabrescens Popov
- Pyrus korshinskyi var. hissarica Kudr.
- Pyrus korshinskyi var. media Popov
- Pyrus korshinskyi var. typica Popov
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Pyrus korshinskyi - Useful Temperate Plants". temperate.theferns.info. 30 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2025.