close
Məzmuna keç

Mişar

Vikipediya, azad ensiklopediya
Mexaniki ağac mişarı

Mişar və ya bıçqı — müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar tiyəsində dişləri olan metal lövhə formasında olur.

Əl və mexaniki mişarlar var. Avtomatik mişarlar - elektrik ilə işləyən avtomatik mişarlar taxta, dəmir və s. materialları kəsmək üçün istifadə olunur.

Yapon mişarı - Qərb mişarları itələmə hərəkəti ilə kəsdiyi halda yapon mişarı dartma hərəkəti ilə kəsir və bu metod dəqiqliyi, eləcə də kəsik üzrə nəzarəti artıraraq daha estetik (dəqiq) kəsməyə xidmət edir[1].

Dişlərinə görə mişarın növləri

[redaktə | vikimətni redaktə et]

Uyğun mişarın seçilməsi

[redaktə | vikimətni redaktə et]

Uyğun mişarın seçilməsində aşağıdakı meyarlar önəmliidr:

  • İşin mahiyyətii - kəsmə işinə başlamazdan əvvəl işin mahiyyəti müəyyən olunmalıdır. Belə ki, kəsiyin tələb olunan forması, dərinlik və bucağı öncədən müəyyənləşdirilməlidir.
  • Emal olunacaq materialın müəyyən edilməsi - istifadə olunacaq materiala görə (oduncaq, dəmir, plastik və s.) tələb olunan ideal mişarın növü dəyişə bilər.
  • Mişarın ölçüsü - Tələb olunan kəsmə işini müəyyən olunduqdan sonra uyğun mişar ölçüsü - diametr və qalınlığı müəyyən olunmalıdır. Müxtəlif ölçülü mişarın kəsikləri dərinlik və eninə görə fərqlənir[2].
  1. https://ronixtools.com - 8 Hand Saw Types, Functions, and Uses + Teeth Guide. Arxiv surəti 8 dekabr 2025 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 9 yanvar 2026.
  2. https://cubii.co/en - What is a saw and how to use it. İstifadə tarixi: 9 yanvar 2026.