close
Məzmuna keç

Nil Armstronq

Vikipediya, azad ensiklopediya
Nil Armstronq
ing. Neil Alden Armstrong
Ölkə
Hərbi rütbəsi
Doğum tarixi 5 avqust 1930(1930-08-05)[3][4][…]
Vəfat tarixi 25 avqust 2012(2012-08-25)[4][5][…] (82 yaşında)
Vəfat yeri
Mükafatları Air Medal Qartal-Skaut "Milli müdafiəyə xidmətə görə" medalı Korean Service Medal Prezidentin "Azadlıq" medalı — 1969 Congressional Space Medal of Honor — 1978 NASA Distinguished Service Medal — 1970 "Mədəniyyət" ordeni — 1969 Order of the White Elephant "Yuqoslaviya ulduzu" ordeni Distinguished Eagle Scout Award United Nations Korea Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nil Armstronq (5 avqust 1930[3][4][…]25 avqust 2012[4][5][…], Sinsinnati, Ohayo[6][7]) – ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti.

Nil Armstronq 1962-ci ildən ABŞ Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna qəbul olunmuşdur. 16 mart 1966-cı ildə "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur. Uçuş 10 saat 40 dəqiqə davam etmişdir.

Armstronq 16–24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdur. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə enmişlər

Armstronq Ay səthinə iyulun 21-də Qrinviç vaxtı ilə saat 2,56 dəq. 20 san. ayaq basmış, 2 saat 31 dəq. 40 san. orada olmuşdur. O, ilk dəfə Aya ayaq basmış insandır (21 iyul, 1969-cu il). Armstronq, ümumiyyətlə, Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur. "Apollon-11" gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdır.

Armstronq NASA-nın "Müstəsna xidmətlərə görə" qızıl medalı, ABŞ Konqresinin aeronavtika üzrə Fəxri medalı, bir çox ölkənin ordenləri ilə təltif edilmişdir. Aydakı kraterlərdən birinə Armstronqun adı verilmişdir.

Uzun müddət o aterosklerozdan əziyyət çeken Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat etmişdir.[8] Beləbir məlumat deyilir ki, Neil amstronqun adını tərs çevirərkən "Alien" yəni yadplanetli sözü yaranır:Neil. A — Alien

  1. http://www.nytimes.com/aponline/2015/02/19/us/ap-us-obit-sternglass.html.
  2. http://www.bbc.co.uk/cbbc/newsroundfind?q=neil%20armstrong.
  3. 1 2 Армстронг Нил // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Neil Armstrong obituary (ing.). The Observer, 2012.
  6. 1 2 http://abcnews.go.com/Technology/video/neil-armstrong-remembered-private-memorial-service-17130225.
  7. 1 2 Artists + Artworks (ing.).
  8. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina  Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 62. ISBN 978-9952-441-05-5.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]