Dramaturq
Dramaturq (q.yun. dramaturges — tamaşa yaradan) — dramatik əsərlər, pyeslər yazan şəxs.

İlk dram əsərləri XVIII-XIV yüzilliklərdə yazılmışdır.
Dramaturgiyanın başqa bir qolu kino və televiziya üçün yazılmış ədəbi əsərlərdir. Bu sahədə məşğul olanlara kinodramaturq deyilir.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov hesab olunur. Səkinə xanım Mirzə Heybət qızı Axundzadə isə Azərbaycanın ilk qadın dramaturqu və müəllimlərindən biridir. Yazıçı Mirzə Heybət Axundzadənin qızıdır.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX yüzillik poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaratmışdı. Bəxtiyar Vahabzadə yalnız poeziyası ilə deyil, dramaturgiyası ilə də müasir ədəbiyyatın imkanlarına öz təsirini göstərmiş, onun vəzifələrini həyata keçirmişdi.
Azərbaycan xalqının görkəmli dramaturqlarından Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əbdürrəhim bey Haqverdiyev, Abdulla Şaiq və s. yazıçıların da adını çəkmək olar.
Çağdaşaycan dramaturgiyasında Firuz Mustafa, Aygün Həsənoğlu, Kamal Abdulla, Əli Əmirli məhsuldar dramaturgiyası ilə diqqət çəkən müəlliflərdir.
Ədəbiyyat haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |