close
Məzmuna keç

Paramatma

Vikipediya, azad ensiklopediya

Paramatman (sanskr. परमात्मन्, ParamātmanIAST) və ya Paramatma — Hind fəlsəfəsinin VedantaYoqa məktəblərində Mütləq mənlik və ya Ali Varlıq. Paramatman mütləq və son reallıqla mənəvi baxımdan eyni olan "İlkin mənlik" və ya "Transsendent mənlik" kimi də səciyyələndirilir.[1]

Paramatman mürəkkəb sözü iki Sanskrit kökündən təşkil olunub: "ali", "ən yüksək" mənasını verən parama və "fərdi mənlik", "ruh" mənasına gələn atman.

Hinduslar Paramatman, Parameşvara, Parabrahman, Puruşottama və oxşar müxtəlif adlarla tanınan Tək Allaha inanırlar.[2][3] Allah mütləq mənada tək bir varlıqdır və sonsuz formada təzahür edir; lakin bu, çoxallahlılıq mənasına gəlmir.[3]

Hindular Parabrahmanı müxtəlif şəkildə dərk edirlər. Advayta-vedanta ənənəsində Nirquna-brahman (sifətləri olmayan Brahman) Parabraxman hesab olunur. DvaytaVişiştadvayta ənənələrində isə Saquna-brahman (sifətlərə malik Brahman) Parabrahmandır.

Paramatman bilik və cəhalətin fövqündə durur, bütün maddi sifətlərdən (upadhi) üstündür. Bhaqavat Gitanın 13-cü fəslində Paramatman bütün ruhların qəlbində və maddənin hər zərrəsində məskən salan Krişna kimi təsvir edilir. Paramatman, həmçinin Bhaqavat Gitanın 9-cu fəslində bütün varlıqların sevgisədaqətinin ali obyekti kimi xarakterizə olunur.

  1. T. Depurucker. An Occult Glossary: A Compendium of Oriental and Theosophical Terms (ingilis). Kessinger Publishing. 01.2003. səh. 130. ISBN 9780766129757.
  2. Paramtattvadas, Swami. An Introduction to Swaminarayan Hindu Theology (ingilis). Cambridge University Press. 17.08.2017. 129. ISBN 978-1-107-15867-2. 01.03.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.03.2024.
  3. 1 2 Rosen, Steven. Essential Hinduism. Westport, Conn.: Praeger. 2006. xiii–xiv. ISBN 0-275-99006-0. OCLC 70775665. 31.01.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.03.2024.

Ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]