Antaqonist
Antaqonist — hekayədəki əsas qəhrəmanın (protaqonist) düşməni kimi təqdim olunan personajdır.[1] Antaqonistlər əsasən hekayədə əsas düşmən, pis əxlaqlı (qəddar, həris və s.) mənfi personajlar kimi təqdim olunurlar[2]. "Qara cəngavər" filmində Coker, "Ulduz müharibələri"ndə Dart Veyder, "Üzüklərin hökmdarı"nda Saruman, "Harri Potter"də Voldemort, "Quzuların səssizliyi"ndə hannibal Lekter, "Kral Şir"də Skar, "Piter Pen"də Kapitan Huk, "Matriks"də agent Smit antaqonist kimi çıxış edir[3]. Təsir gücünə görə hekayədə müxtəlif dərəcəli antaqonistlər ola bilər.
Hekayədə konflikt yoxdursa, heç bir mühüm dəyişiklik baş vermir və beləliklə, hekayə qurulmur. Protaqonist ilə antaqonistin toqquşan maraqları (motivasiyaları) nəticəsində konflikt yaranır və bu konflikt üzərindən hekayə qurulur və inkişaf etdirilir[4]. Beləliklə, antaqonist hekayəni formalaşdıran əsas amillərdən biri kimi çıxış edir.
Antaqonistlərə sadəcə hekayə və filmlərdə deyil, video oyunlarda, tamaşalarda və s. rast gəlmək olar. Antaqonist hər zaman insan olmaq məcburiyyətində deyil. Bəzən ətraf-mühit, təbiət hadisələri (zəlzələ, sel, tornado, sunami və s.), hər hansı bir heyvan və s. antaqonist ola bilər.
Etimologiya
[redaktə | vikimətni redaktə et]Antik yunancada ἀνταγωνιστής (antagonistēs) sözündən gəlir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti".
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ antagonist (noun). İstifadə tarixi: 12 mart 2026.
- ↑ Protagonist vs. Antagonist – Definitions and Examples. İstifadə tarixi: 12 mart 2026.
- ↑ What is an Antagonist — Definition & Examples. Arxiv surəti 8 mart 2026 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 12 mart 2026.
- ↑ Antagonist: An Evil Character or an Opposing Force? Arxiv surəti 6 dekabr 2025 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 12 mart 2026.