close
Məzmuna keç

Hadaş

Vikipediya, azad ensiklopediya
Hadaş
Loqonun şəkli
Quruluş tarixi 7 mart 1977
Baş qərargah
İdeologiya kommunizm, marksizm-leninizm, Ekososializm, feminizm, Qeyri-sionizm
Saytı hadash.org.il
hadash.org.il/english/
hadash.org.il/russian/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadaş (ivr. חד"ש) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya.

"Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır.[1] Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).

  1. "Israel. Elections 2009". 19 fevral 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2009.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]