Nanna
| Nanna | |
|---|---|
| | |
| Cinsi | qadın[d][1][2] |
| Əri | |
| Uşaqları | |

Nanna və ya Nána — Skandinav mifologiyasında sədaqət, sülh və harmoniya ilə əlaqələndirilən ilahə. Nanna haqqında məlumatlar mənbədən mənbəyə xeyli fərqlənir.[4] XIII əsrdə Snorri Sturluson tərəfindən yazılmış Kiçik Eddada Nanna Baldr adlı allahla ilə evlənir və cütlük Forseti adlı allah-oğul dünyaya gətirir.
Baldrin ölümündən sonra Nanna kədərdən ölür. Nanna Baldrin cəsədi ilə bərabər onun gəmisinə qoyulur və ikisi də alovlandırılaraq dənizə buraxılır. Ölülər diyarında Baldr və Nanna yenidən qovuşurlar. Baldri ölülər diyarından geri qaytarmaq cəhdində allah Hermod ölülər diyarına at sürür və dirilmə ümidini ilahə Heldən aldıqdan sonra, Nanna Hermoda Friqq üçün (kətan xələt), Fulla üçün (qızıl üzük) hədiyyələr və başqaları üçün (dəqiqləşdirilməyən) əşyalar verir. Nanna skaldların poeziyasında tez-tez xatırlanır, XIII əsrdə daha qədim ənənəvi mənbələrdən tərtib edilmiş Poetik Eddada isə Nanna adlı (eyni obraz olub-olmadığı bilinməyən) bir fiqur bir dəfə çəkilir.
Etimologiya
[redaktə | vikimətni redaktə et]Nannanın adının etimologiyası mübahisəlidir: bəzi alimlər adın "ana" mənasında bir babble worddən (nanna) yarandığını irəli sürüblər. Alim Yan de Vris Nanna adını *nanþ- kökü ilə əlaqələndirərək "cəsarətli olan" mənasını təklif edir.[5] Con Lindou (2001) qədim skandinav dilində "qadın" mənasını verən ümumi bir nanna sözünün mövcud olmuş ola biləcəyini nəzəriyyəsini irəli sürür.[6]

Makkinnel (2005) "ana" və *nanþ- törəmələrinin fərqli olmaya biləcəyini qeyd edərək, nannanın vaxtilə "gücləndirən qadın" mənasını verdiyini bildirir.[7]
Poetik Eddada
[redaktə | vikimətni redaktə et]Poetik Eddanın Hyndluljóð şeirində Nanna adlı bir fiqur Nökkvinin qızı və Óttarın qohumu kimi sadalanır. Bu fiqurun Balderin həyat yoldaşı olan Nanna ilə eyni olub-olmadığı bilinmir[8].
Nəsr Eddada
[redaktə | vikimətni redaktə et]Nəsr Eddanın Gylfaginning kitabının 38-ci fəslində taxtda oturan ["Uca"] Nanna Nepsdóttir (soyadının mənası "Neprin qızı") ilə əri Baldrin bir oğul — allah Forseti — dünyaya gətirdiyini izah edir.[9]

Gylfaginningin davamında (49-cu fəsil) ["Uca"] Balderin Asqardda kor qardaşı Höðrün əli ilə ölümünü nəql edir. Balderin cəsədi dəniz kənarına aparılır və gəmisi Hringhorniyə qoyularkən Nanna kədərdən yıxılıb ölür. Onun cəsədi Balderinki ilə bərabər Hringhornidə yerləşdirilir, gəmi alovlandırılır, allah Tor isə çəkicı Mjolnir ilə tonqalı müqəddəsləşdirir[10].
Baldrin anası ilahə Friqq tərəfindən göndərilən allah Hermod Baldrı diriltmək üçün ölülər diyarına at sürür. Hermod nəhayət ora çataraq Baldrı bir salonda, şərəf yerində, həyat yoldaşı Nanna ilə bərabər tapır. Hermod Baldrın dirilməsi üçün Hel ilə danışıqlar aparır. Hel və Hermod razılığa gəlir, sonra Baldr və Nanna Hermodla bərabu salondan çıxırlar.
Balder atası Odinin onun tonqalına qoyduğu Draupnir üzüyünü Odinə qaytarmaq üçün Hermoda verir. Nanna isə Hermoda bir sıra hədiyyələr təqdim edir: Friqq üçün kətan xələt, ilahə Fulla üçün qızıl üzük və başqaları üçün dəqiqləşdirilməyən əşyalar. Hermod Asqarda qayıdır.[11]
Nəsr Eddanın "Skáldskaparmál" kitabının birinci fəslində Nanna Egirin şərəfinə keçirilən ziyafətdə iştirak edən 8 ilahədən biri kimi sadalanır.[12] "Skáldskaparmál"ın 5-ci fəslində Balderə istinad etmə yolları arasında "Nannanın əri" ifadəsi keçir.[13] 19-cu fəsildə isə Friqqə istinad etmə yolları arasında "Nannanın qaynanası" ifadəsi keçir.[14] 75-ci fəsildə Nannanın adı ilahələr cərgəsində çəkilir.[15]. 18-ci fəsildə skald Eylivr Qodrunarsonun Þórsdrápa əsərindən sitat gətirilir, orada Nannaya istinad edən bir kenninq ("oyanış-dəstəkli Nanna" — "trol-qadın" mənasında) yer alır.[16]
Gesta Danorumda
[redaktə | vikimətni redaktə et]Gesta Danorumun III kitabında Nanna ilahə deyil, ölümlü kral Gevarın qızıdır. Nanna öz ögey qardaşı, Hotbroddun oğlu Höðrə (burada da insan) meyillidir və "onun qucağını axtarır". Bir gün, allah Odinin oğlu kimi təsvir edilən Baldr Nannanı çimərkən görür və ona həvəs duyur — onun zərif bədəninin parıltısı onu alovlandırır və qızın gözəlliyinin aşkar cazibəsi ürəyini yandırır. Höðrün Nannanı əldə etməsinə maneə olacağından qorxan Baldr Höðrü öldürməyə qərar verir.[17]
Ov zamanı Höðr dumanda yolunu itirir və bir qrup meşə qızı onu adı ilə salamlayır. Qızlar taleyi idarə edə bildiklərini, döyüş meydanlarında görünməz şəkildə peyda olub istədikləri kimi qələbə və ya məğlubiyyət bəxş etdiklərini bildirirlər. Onlar Höðrə Balderin Nannanı çimərkən gördüyünü xəbər verirlər, amma Höðrə Baldrı döyüşə çağırmamaq haqqında xəbərdarlıq edirlər — çünki Baldr ilahi toxumdan doğulmuşdur və buna görə yarım-allahdır. Qızlar və onların məskəni yox olur, Höðr özünü açıq düzəngahda təkbaşına görür.[18]
Evə qayıtdıqda Höðr kral Gevara yolunu itirdiyini və meşə qızları tərəfindən aldadıldığını danışır və dərhal Gevardan qızı Nannanın əlini istəyir. Gevar Höðrə bu evliliyi mütləq təsdiqləyəcəyini, lakin Baldrin artıq Nannanın əlini istədiyini bildirir. Gevar Baldrin qəzəbindən qorxduğunu deyir, çünki Baldrin bədəni müqəddəs güclə doludur. Bununla belə, Gevar Baldri öldürə biləcək bir qılıncdan xəbərdardır və onun çox yaxşı mühafizə edildiyini bildirərək Höðrə onu necə əldə edəcəyini izah edir.[19]
Höðr Baldri öldürmək üçün qılınc əldə etmək səyahətindəykən, Baldr silahlanmış halda Gevarın padşahlığına yürüş edərək Nannanı tələb edir. Gevar Baldra Nanna ilə danışmasını təklif edir və Baldr bunu bir qədər diplomatiyayla edir. Baldrin diqqətli cəhdlərinə baxmayaraq, heç bir irəliləyiş əldə etmir.
Höðr Baldrin hərəkətlərindən xəbər tutur və Helqi ilə qüvvələrini birləşdirərək Baldr və onun müttəfiq allahları ilə döyüşür. Nəticə Höðrün qüvvələri üçün qələbə olur. Qələbədən sonra Höðr yenidən Gevardan Nannanı istəyir və beləliklə Nannanı əldə edir. Höðr və Nanna İsveçə gedirlər və orada Höðr hökmdar olur.[20]
İsveçdə Höðrə Balder hücum edir və bu ikinci toqquşmada Höðr məğlub olur. O və Nanna bərabər Danimarkaya qaçırlar. Zahiri qələbəsinə baxmayaraq, Baldr gecələr Nannanın obrazını təqlid edən kabuslardan əzab çəkir, bu da onu elə narahat yuxusuzluğa salır ki, nəticədə Baldrin vəziyyəti pisləşir.[21]
Gesta Danorum på danskæ adlı, qismən Gesta Danorum əsasında yazılmış qədim Danimarka salnaməsində Höðrün Balderi öldürməsi hekayəsi çox qısa şəkildə nəql olunur. Nanna da orada görünür, lakin Höðr və Balder hekayəsi ilə əlaqələndirilmir — əvəzində o, Höðrün nəvəsi kral Vihtlekin kraliçasıdır.[22]
Arxeoloji sübut
[redaktə | vikimətni redaktə et]Setre darağı — VI və ya VII əsrin əvvəllərinə aid olan daraq — üzərində ilahəyə istinad edə biləcək runik yazıları həkk olunub. Daraq alimlər arasında geniş müzakirə mövzusu olmuşdur. Belə ki, əksər ekspertlər german alu sehr sözü və Nanna adının oxunuşunu qəbul edir; lakin daraqdakı Nannanın Eddalardakı Nanna ilahəsi ilə eyni olub-olmadığı bəzi alimlər tərəfindən sual altına alınır.[23]
Şərhlər
[redaktə | vikimətni redaktə et]Bəzi alimlər qədim skandinav dilindəki Nanna adını Şumer ilahəsi İnannanın adı və ya Frigiya ilahəsi Nana ilə əlaqələndirməyə çalışmışdırlar. Alim Rudolf Simek (2007) İnanna, Nannar və ya Nana ilə eyniləşdirmənin "çətin ki, mümkün" olduğunu bildirir, çünki onlar zaman və məkan baxımından bir-birindən çox uzaqdadırlar.[24][25]
Həmçinin baxın
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Encyclopedia of Ancient Deities (ing.). 1 Jefferson: McFarland & Company, 2000. P. 335–336. 597 p. ISBN 0-7864-0317-9
- ↑ Cassell's Dictionary of Norse Myth & Legend. Cassell & Co, 2002. S. 260–261. 494 s. ISBN 0-304-36385-5
- ↑ Cassell's Dictionary of Norse Myth & Legend. Cassell & Co, 2002. S. 115, 260. 494 s. ISBN 0-304-36385-5
- ↑ https://norsespirit.com/blogs/mythology/nanna?srsltid=AfmBOorPsurt5sRC-AXROLiv1HJV-fwRiyFDqIaEScfKRTN48ukJa6FW
- ↑ Lindow, J. (2001). Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs. Oxford University Press. ISBN 0-19-515382-0.
- ↑ Lindow, J. (2001). Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs. Oxford University Press. ISBN 0-19-515382-0.
- ↑ McKinnell, John (2005). Meeting the Other in Norse Myth and Legend. Woodbridge, Suffolk: D.S. Brewer. ISBN 1-84384-042-1. s. 144.
- ↑ Larrington, Carolyne (tərc.) (1999). The Poetic Edda. Oxford World's Classics. ISBN 0-19-283946-2. s. 314.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 26.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 49.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 49–50.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 59.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 74.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 86.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 157.
- ↑ Faulkes, Anthony (tərc.) (1995). Edda. Everyman's Library. ISBN 0-460-87616-3. s. 83.
- ↑ Saxo Grammaticus; Davidson, Hilda Ellis (red. və şərh); Fisher, Peter (tərc.) (2008). Saxo Grammaticus: The History of the Danes, Books I–IX (təkrar nəşr). Woodbridge, Suffolk: Boydell & Brewer. ISBN 978-0-85991-502-1. s. 69.
- ↑ Saxo Grammaticus; Davidson, Hilda Ellis (red. və şərh); Fisher, Peter (tərc.) (2008). Saxo Grammaticus: The History of the Danes, Books I–IX. Woodbridge, Suffolk: Boydell & Brewer. ISBN 978-0-85991-502-1. s. 68–69.
- ↑ Saxo Grammaticus; Davidson, Hilda Ellis (red. və şərh); Fisher, Peter (tərc.) (2008). Saxo Grammaticus: The History of the Danes, Books I–IX. Woodbridge, Suffolk: Boydell & Brewer. ISBN 978-0-85991-502-1. s. 70.
- ↑ Saxo Grammaticus; Davidson, Hilda Ellis (red. və şərh); Fisher, Peter (tərc.) (2008). Saxo Grammaticus: The History of the Danes, Books I–IX. Woodbridge, Suffolk: Boydell & Brewer. ISBN 978-0-85991-502-1. s. 70–73.
- ↑ Saxo Grammaticus; Davidson, Hilda Ellis (red. və şərh); Fisher, Peter (tərc.) (2008). Saxo Grammaticus: The History of the Danes, Books I–IX. Woodbridge, Suffolk: Boydell & Brewer. ISBN 978-0-85991-502-1. s. 73.
- ↑ "Gesta Danorum på danskæ" (Peter Tunstall tərcüməsi, "The Chronicle of the Kings of Lejre" adı ilə).
- ↑ MacLeod, Mindy; Mees, Bernard (2006). Runic Amulets and Magic Objects. Woodbridge, Suffolk: Boydell Press. ISBN 1-84383-205-4. s. 24.
- ↑ Simek, Rudolf (auth.); Hall, Angela (tərc.) (2007). Dictionary of Northern Mythology. Woodbridge, Suffolk: D.S. Brewer. ISBN 0-85991-513-1. s. 227.
- ↑ https://www.worldhistory.org/Nanna/