close
Məzmuna keç

Brus Buffer

Vikipediya, azad ensiklopediya
Brus Buffer
ing. Bruce Anthony Buffer
Ləqəbi Oktaqonun Veteran Səsi
Doğum tarixi 21 may 1957(1957-05-21) (69 yaş)
Doğum yeri Talsa, Oklahoma, ABŞ
Fəaliyyəti kikboksçu
Fəaliyyət illəri 1996-hal-hazırda
Tanınır UFC döyüşlərində rinq aparıcısı
brucebuffer.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brus Antoni Buffer (21 may 1957, Talsa; ing. Bruce Anthony Buffer) — amerikalı peşəkar qarışıq döyüş sənətləri yarışlarında rinq aparıcısıdır. UFC tədbirlərində rəsmi oktaqon aparıcısı kimi çıxış edir. O, yayımlarda "Oktaqonun Veteran Səsi" kimi təqdim olunur. Bufferin məşhur ifadəsi "It's time!" (azərb. Vaxtıdır!) sözləridir; bu ifadəni UFC turnirlərində əsas döyüşdən əvvəl səsləndirir. O, boks və peşəkar güləş rinq aparıcısı Maykl Bufferin ögey qardaşıdır. Onların birgə şirkəti olan "The Buffer Partnership"in prezidenti və icraçı direktorudur. Buffer Tang Soo Do döyüş sənətində qara kəmərə sahibdir və keçmişdə kikboksçu kimi döyüşlərə çıxıb.[1]

  1. "The voice of the octagon - Boxing - Yahoo! Sports". 24 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2014.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]