close
Məzmuna keç

Ceyms Rotman

Vikipediya, azad ensiklopediya
Ceyms Rotman
ing. James Rothman
Doğum tarixi 3 noyabr 1950(1950-11-03)[1][2][…] (75 yaş)
Elm sahəsi biokimya
Elmi dərəcəsi
İş yerləri
Üzvlüyü
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı — 2013
medicine.yale.edu/profil…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Rotman (3 noyabr 1950[1][2][…]) – amerikalı biokimyaçı, Rendi Şekman və Tomas Südhofla birlikdə "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar daşınmanı tənzimləyən bir mexanizmin kəşfinə" görə 2013-cü il Tibb üzrə Nobel mükafatının birgə laureatıdır.[3] O, Milli Elmlər Akademiyalarının və ABŞ Tibb Akademiyasının üzvü, eləcə də London Kral Cəmiyyətinin xarici üzvüdür (2019il).

O, Massaçusets ştatının Haverhill şəhərində yəhudi ailəsində anadan olub;[4][5][6] O, özəl məktəbdə oxuyub.[7] C. Rotman Yel Universitetində fizika üzrə bakalavr dərəcəsi (1971il) və Harvard Universitetində biokimya üzrə doktorluq dərəcəsi (1976il) almışdır. 1978-ci ildən Stanford Universitetinin Biokimya kafedrasında işə başlamışdır.

1988-ci ildən 1991-ci ilə qədər Prinston Universitetində işlədi və daha sonra Nyu-York şəhərinin Manhetten Vadisi bölgəsindəki Memorial Sloan-Kettering Xərçəng Mərkəzində Hüceyrə Biokimyası və Biofizikası şöbəsini qurdu. O, mərkəzdə institutun sədr müavini vəzifəsini tutdu.[8]

1995-ci ildə C. Rotman Amersham PLC əczaçılıq şirkətinin Elmi Məsləhət Şurasına dəvət edildi. Daha sonra GE Healthcare şirkətinin Baş Elmi Məsləhətçisi təyin edildi. 2003-cü ildə C. Rotman Kolumbiya Universitetində professor vəzifəsini qəbul etdi və universitetin Kimyəvi Biologiya Mərkəzinə rəhbərlik etməyə başladı.[9]

Hazırda o, Yel Tibb Məktəbində Hüceyrə Biologiyası kafedrasının müdiri və Yel Qərb Kampusunda Nanobiologiya İnstitutunun direktorudur.[10]

C. Rotmanın əsas tədqiqat istiqaməti hüceyrələr daxilində molekulları daşıyan veziküllərin təyinat yerlərini necə təyin etməsi və tərkibini necə buraxmasıdır. Bu hüceyrədaxili daşınma beyin neyronlarının qarşılıqlı təsiri, insulin və digər hormonların ifrazı da daxil olmaqla, əsas fizioloji funksiyalar üçün vacibdir. Vezikulyar daşınma pozulduqda, diabet və botulizm kimi ciddi xəstəliklər yaranır.[11]

C. Rotman hüceyrə daşıyıcı zülalların özlərini kəşf etmişdi.[12]

  1. 1 2 Rogers K. James E. Rothman // Encyclopædia Britannica (ing.).
  2. 1 2 James E. Rothman // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  3. Şablon:Cw
  4. Tulsa woman celebrates son’s Nobel Prize achievement Arxiv surəti 16 iyun 2020 tarixindən Wayback Machine saytında: о матери лауреата — Глории Ротман.
  5. "Arnaud Sales, Marcel Fournier «Knowledge, Communication and Creativity» (стр. 136—137)". 26 sentyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2017.
  6. "Haverhill native wins Nobel Prize in medicine". 31 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2013.
  7. "Gloria Rothman (obituary)". 16 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2024.
  8. "Gloria Rothman (obituary)". 16 avqust 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2024.
  9. "Joy Hirsch, PhD". 10 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2013.
  10. http://westcampus.yale.edu/about-west-campus Arxiv surəti 17 avqust 2013 tarixindən Wayback Machine saytında Yale West Campus
  11. Tulsa woman celebrates son’s Nobel Prize achievement Arxiv surəti 16 iyun 2020 tarixindən Wayback Machine saytında: о матери лауреата — Глории Ротман.
  12. А. Якубовский. Нобелевская премия - 2013 // Наука Урала. № 25-26 (1088) (октябрь). Екатеринбург: УрО РАН. 2013. 4.