Haderslev
| Haderslev | |
|---|---|
| | |
|
|
|
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1 yanvar 2007 |
| Sahəsi |
|
| Hündürlük | 39 m |
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | 7 |
| Poçt indeksi | 6100 |
| Rəsmi sayt | |
|
|
|
Haderslev (alm.Hadersleben) — Danimarkanın cənubunda, Cənubi Yutland əyalətinə bağlı olan, Yutland yarımadasının şərq sahilində yerləşən bələdiyyə. Haderslev bələdiyyəsi Årø adasını və Kiçik Kəmər Boğazının (Dan. Lillebælt) kiçik bir hissəsini əhatə edir və sahəsi 272 km² dir. Ümumi əhalisi 31.573 nəfərdir (2005). Bələdiyyə başcısı Jens Chr. Gjesing'dir.
Bu bələdiyyə şimaldan Kristianfeld, qərbdən Vojens (alm. Woyens) və cənubdan Rødekro (alm. Rothenkrug) ilə həmsərhəddir. Haderslev bələdiyyəsi şərqdə Funen adasında Assens bələdiyyəsi ilə həmsərhəddir və Assensdən Haderslev bələdiyyəsinin şərq və cənub-şərq sərhədlərini təşkil edən Kiçik Kəmər Boğazının suları ilə ayrılır. Årø boğazı (dan.Årøsund) Årø adasını onun bir hissəsi olduğu bələdiyyədən ayırır.
Kiçik Kəmər Boğazından Haderslev Fyorduna axan su şəhəri şimala və cənuba bölür və şəhər mərkəzinin qərbində Haderslev sahilini əmələ gətirir.
2007-ci il Bələdiyyə İslahatları (alm. Kommunalreformen) qüvvəyə mindikdən sonra, 1 yanvar 2007-ci ildən etibarən bu bələdiyyə Qram və Vojens bələdiyyələri, eləcə də Kristianfeld bələdiyyəsinə məxsus Bjerning, Hjerndrup və Fjelstrup rayonları və Nørre Rangstrup bələdiyyəsinə məxsus Bevtoft rayonu ilə birləşərək yeni Haderslev bələdiyyəsini yaratacaq. Bu bələdiyyə eyni islahat çərçivəsində yaradılmış Cənubi Danimarka Bölgəsinə (Dan. Region Syddanmark) birləşdiriləcək.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ArchINFORM (alm.). 1994.