close
Məzmuna keç

Pompey

Pompey
Pompeii
40°45′02″ şm. e. 14°29′22″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub VI əsr
Sahəsi
  • 98,05 ha
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Digər
pompeiisites.org
Xəritəni göstər/gizlə
Pompey xəritədə
Pompey
Pompey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir.

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir.

Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.

Qədim Pompey şəhərinin qalıqları, Vezuvi dağı fonunda

Son qazıntılar göstərmişdir ki, eramızdan əvvəl VII əsrdə müasir Nola şəhərinin yaxınlığında yaşayış məntəqəsi olub.[2] Yeni yaşayış məntəqəsi olan Pompey eramızdan əvvəl 6-cı əsrdə oskanlar tərəfindən salınıb.

Şəhərin erkən tarixi az məlumdur. Salamat qalan mənbələr yunanlaretrusklar arasında toqquşmalardan bəhs edir. Roma ilə İtaliyanın cənubunu birləşdirən ticarət yolunda bu şəhər mühüm yer tuturdu.[3] Bir çox zadəgan romalıların Pompeydə villaları var idi.

  1. ArchINFORM (alm.). 1994.
  2. "National Geographic". web.archive.org. 1 yanvar 2011. Archived from the original on 1 yanvar 2011. İstifadə tarixi: 18 mart 2025.
  3. "Patterns of Reconstruction at Pompeii". www2.iath.virginia.edu. İstifadə tarixi: 18 mart 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]