YouPorn
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
| YouPorn | |
|---|---|
| | |
| Tipi | Pornoqrafik video paylaşma |
| Dilləri | ingilis dili, fransız dili, alman dili, ispan dili, italyan dili, Niderland dili, polyak dili, rus dili |
| Açılma tarixi | 2006 |
| Alexa reytinqi |
|
YouPorn — YouTube formatında pulsuz pornoqrafik video hostinq saytı. 2006-cı ilin avqustunda təsis edilib və ən populyar pornoqrafik video saytlar sırasına daxil olmağı bacarıb. 2007-ci ilin noyabrında internetdə ən böyük pornoqrafik saytı olmuşdur.
Konsepsiya
[redaktə | vikimətni redaktə et]Youtube və buna bənzər saytlar kimi Youporn da videoları izləmək üçün Flash texnologiyasından istifadə edir. Yüklənmiş videolar adətən 5 gündən sonra əlçatan olur. Saytın məzmununa kommersiya pornoqrafik filmləri, pornoqrafik sayt reklamları və öz-özünə hazırlanan həvəskar videolar daxildir. Bu veb 2.0 (və ya porno 2.0) saytı digər porno saytlardan çox fərqlənir. Tamamilə pulsuz və reklam dəstəklidir. 2007-ci ilin may ayında onun aylıq gəliri 120 min dollar müəyyən edilmişdir.
Sahibkarlığı
[redaktə | vikimətni redaktə et]Bu domen adı şirkət tərəfindən 2005-ci ilin dekabr ayında qeydiyyata alınmışdır. Bu saytda əlaqə ünvanlarının heç bir siyahısı saxlanılmır.