close
Məzmuna keç

Proqramlaşdırılabilən məntiqi kontroller

Vikipediya, azad ensiklopediya
(PLC səhifəsindən istiqamətləndirilmişdir)
Proqramlaşdırılabilən kontroller

Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) — proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu avadanlıqlar tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış PLC-lər öz iş prinsipinə görə kompüterlə oxşardır. Sensorlar və aktuatorlarla əlaqədə olan PLC sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin.

İstənilən alqoritmi proqram şəklində PLC-ə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür. PLC bu parametrləri qəbul etdikdən sonra əvvəlcədən yazılmış proqrama əsasən qərar qəbul edir. Yekun nəticə çıxış modulları vasitəsilə icra mexanizmlərinə siqnal şəklində ötürülür. Məsələn, çəndəki mayenin səviyyəsindən asılı olaraq çıxışdakı klapan ya açılır, ya da bağlanır.

Əvvəllər sadə emallar üçün yaradılan PLC- lər günümüzdə daha mürəkkəb problemləri həll edəcək şəkildə bir cihaz şəklini almışdır. Sənayedə bir çox firmaların yaratdığı PLC- yə rast gəlmək olar. Bu firmalara Schneider-Electric, Siemens, General elektrik, Westinghose, Mitsubishi, Toshiba, Omron və s.misal göstərmək olar. Əslinə qalsa, bütün PLC- lər bir -birinə oxşardır. eyni bir məntiq əsasında işlədilirlər. Bu bir şəhərə fərqli yollarla getməyə bənzəyir. Nəticədə eyni şəhərə çatırsan. PLC -lər ən çox sənaye avtomatik dövrələrində istifadə olunurlar. Burada söhbət gedən sənaye avtomatik dövrələr sayğac, zaman relesi, kontakt, köməkçi rele kimi elementlərin yaratdığı dövrələrdir. Sənaye idarəetmə dövrələrini PLC- lərlə həyata keçirmək üçün birinci olaraq problemin həll olunması üçün lazımi məntiqi funksiyaların yaradılması və ikinci bu məntiq funksiya proqramının PLC- yə yüklənməsi lazımdır. PLC- ni proqramlaşdırmaq üçün iki üsuldan istifadə olunur. Birinci hər bir firmanın istehsal etdiyi PLC üçün xüsusi bir proqram, ikinci DOS və Windows mühitində hazırlanmış paket proqramlardır. PLC böyük mənada bir mikrokontroller və ya mikro eHM, giriş və çıxış qurğuları, proqramlaşdırıcı qurğular, qida mənbəyi kimi əsas hissələrdən ibarətdir. Ayrıca PLC eePROM (yaddaş qurğusu), genişlətmə qurğusu və ardıcıl məlumat mübadiləsi qurğularını birləşdirir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]