close
Məzmuna keç

Vandallar

Vikipediya, azad ensiklopediya
Vandallar
Vandal ailəsi rekonstruksiyası
Ümumi sayı
?
Yaşadığı ərazilər
Skandinaviya - eramızdan əvvəl.
AlmaniyaPolşa - eramızın əvvəlləri və Xalqların böyük köçündən əvvəl
Şimali Afrika - Xalqların böyük köçündən sonra
Dili

Vandal dili

Dini

German politeizmi

Qohum xalqlar

Qədim germanlar

VandallarŞərqi German tayfalarından biri. Xalqların böyük köçü sayəsində Roma imperiyası ərazisinə daxil olmuş, 455-ci ildə Romanı qarət etmişdilər. Vandalizm termini onların Romadakı hərəkətlərindən qalmışdır. 429-cu ildə kral Genserik başçılığında Şimali Afrikaya daxil olmuş, 439-cu ildə Vandal krallığını qurmuşdular. Krallıq 100 il sonra I Yustinian tərəfindən işğal edilmişdir. Bu hadisədən sonra Vandallar Bizans imperiyasındakı digər xalqlarla assimilyasiya olaraq tarix səhnəsindən silindilər.

Yəhudi Məbədinin Xəzinələri

[redaktə | vikimətni redaktə et]

Eramızın 70-ci ilində Roma İmperiyası Yerusəlimi dağıtdı və Yəhudi Məbədinin xəzinələrini müharibə qəniməti kimi götürdü. Vandal qəbiləsi eramızın 445-ci ilində yəhudi xəzinələrini romalılardan oğurladı. Məbəd xəzinələri Karfagen şəhərinə, oradan isə 534-cü ildə Konstantinopola aparıldı. Eramızın 6 əsrinin ortalarında xəzinələr yoxa çıxdı. Musa, DavudSüleyman tərəfindən tikilmiş Müqəddəs Kitab (Tanax) xəzinələri sonuncu dəfə ictimaiyyət qarşısında Konstantinopolda göründü. Beləliklə, xəzinələrin yolu Yerusəlimdən Romaya, Romadan Karfagenə, Karfagendən Konstantinopola, Konstantinopoldan naməlum bir yerədir. Xəzinələrin hələ də İstanbul şəhərində yeraltında gizlədilməsi mümkündür.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]