Yapışqan paltar rulonundan istifadə etməyin 10 fərqli yolu
Yapışqan paltar təmizləyici rulon yalnız paltarlardakı tük və tozu təmizləmək üçün deyil, evdə bir çox fərqli məqsədlə də istifadə oluna bilər.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, Martha Stewart nəşrinin ekspertləri yapışqan rulonun pərdə, avtomobil salonu, çanta, çekməcə, mebel, abajur və digər səthlərdə toz, tük, qırıntı və xırda zibilləri asanlıqla topladığını bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, bu vasitə həmçinin ev heyvanlarının tüklərini, konfeti və parıltıları, hətta xırda şüşə qırıntılarını belə təhlükəsiz şəkildə yığmağa kömək edir. Yapışqan rulon havaya toz qaldırmadığı üçün gündəlik təmizlikdə praktik və rahat seçim hesab olunur.
07:20 06.08.2026
Oxunuş sayı: 54