Krasnokama rayonu
| Krasnokama rayonu | |||||
|---|---|---|---|---|---|
| Краснокама районы | |||||
| | |||||
|
|||||
|
56°07′50″ şm. e. 54°10′20″ ş. u.HGYO |
|||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 20 avqust 1930, 31 mart 1972 | ||||
| Sahəsi |
|
||||
| Saat qurşağı | |||||
| Əhalisi | |||||
| Əhalisi |
|
||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 34759 | ||||
| Poçt indeksi | 4539ХХ | ||||
| Rəsmi sayt | |||||
|
|
|||||
Krasnokama rayonu (başq. Краснокама районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nikolo-Berezovka kəndidir.
Tarixi
[redaktə | vikimətni redaktə et]20 Avqust 1930-cu ildə Nikolo-Beryozovski rayonu adı ilə Başqırd Muxtar Sovet Sosialist Respublikasının tərkibində meydana gəlir. Buraya Novo-Kabanovskaya və Birsk rayonunun Kaleqin və Novo-Kainlıkovski volostları daxil idi. 20 fevral 1932-ci ildə Nikolo-Beryozovski rayonu ləğv edilir və ərazisi Kaltasin rayonuna verilir.
31 yanvar 1935-ci ildə rayon Krasnokama rayonu adı ilə yenidən qurulur. Rayona Arlanov, Karyakin, Kasevski, Korievsi, Kutlin, Muzyakov, Nikolo-Beryozovski, Nikolski, Novo-Aktanışbaşevski, Novo-Kabanov, Novo-Kainlıkovski, Novo-Muştinski, Novo-Urazaevski, Novo-Yazziqov, Staro-Kuzqovski, Staro-Muştinski və Staro-Yanziqitovski kənd icmaları daxil idi. 1962-ci ilin dekabrında Krasnokama rayonu ləğv edilir və ərazisi Yanaul rayonuna birləşdirilir. 31 mart 1972-ci ildə Krasnokama rayonu yenidən bərpa edilir. Rayon daxil idi: Neftekamsk şəhərinin inzibati tabeliyindən verilmiş Nikolo-Berezovka işçi qəsəbəsi, habelə Arlanovski, Karievski Muzyakovski, Nikolski, Novo-Burinski, Novo-Kabanov kənd sovetlikləri və Kaltasin rayonundan Novo-Kainlıkovski, Novo-Naqayevski, Redkinski, Sauzbaşski, Staro-Muştinski, Staro-Yanziqitovski və Şuşnurski. 26 dekabr 1974-cü ildə Neftekamsk şəhərinin inzibati tabeliyindən Krasnokama rayonuna Kuyanovski yarımstansiyası verilir[2].
Əhalisi
[redaktə | vikimətni redaktə et]Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:
2024 - 27,18 min nəfər.
2035 - 25,99 min nəfər.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 31,3%, marilər - 26,5%, tatarlar - 25,8%, ruslar - 14,7 %, digər millətlərdən olanlar - 1,7%[4]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.
Yerli özünü idarəetmə
[redaktə | vikimətni redaktə et]Durtöylö rayonu ərazisinə 14 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 68 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Rayonun kənd təsərrüfatı sahələrinə Ətlik və südlük maldarlıq, donuzçuluq, quşçuluq, tərəvəzçilik, kartofçuluq və taxılçılıq daxildir. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 95,5 min ha-dır: əkin sahələri 56,4 min ha, otlaq sahələri - 18,2 min ha, biçənəklər sahələri - 10.8 min ha.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.gks.ru/dbscripts/munst/munst80/DBInet.cgi?pl=8006001.
- ↑ "Справка по истории административно-территориального деления Краснокамского района". 13 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2017.
- ↑ "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 18 dekabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 iyun 2020.
- ↑ "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 9 mart 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.