close
Məzmuna keç

Zjerm

Vikipediya, azad ensiklopediya
"Zjerm"
Shkodra Elektronike tərəfindən ifa olunmuş mahnı
Yayımlanıb 10 dekabr 2024
Dil Alban dili, Alban dilinin Gheq dialekti
Müddət 184 san

"Zjerm"Albaniyanın Şkoder şəhərindən olan "Shkodra Elektronike" elektron musiqi duetinin ifa etdiyi mahnıdır. Kompozisiya Beatriçe Gyergi, Kole Laca və Leke Geloşi tərəfindən qələmə alınmış, onun prodüserliyini isə Laca öz üzərinə götürmüşdür. Mahnı duetin "Shndrit!" layihəsinin tərkib hissəsi kimi işıq üzü görmüşdür.

Yaradılması və konteksti

[redaktə | vikimətni redaktə et]

"Zjerm" mahnısının sözləri Beatriçe Gyergi və Leke Geloşi tərəfindən yazılmış, musiqisi Beatriçe Gyergi tərəfindən bəstələnmiş, aranjimanı isə Kole Laca tərəfindən yerinə yetirilmişdir.[1] Gyergi bu kompozisiyanı bəşəri şəfqət hissini araşdıran fərdi bir yaradıcılıq işi kimi xarakterizə etmiş, həmçinin onu müasir elementlərlə zənginləşdirilmiş alban mahnısı adlandırmışdır.[2]

Əsərin mərkəzi motivini güc, saflaşma və yenidən doğulma rəmzi olan alov təşkil edir. Bu motiv ənənə ilə yeniliyin qovuşmasını təcəssüm etdirən və qəbilə rəqslərinin üzərinə saçılan alov kimi təsvir olunmuşdur.[3]

2025 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | vikimətni redaktə et]

Festivali i Këngës 63

[redaktə | vikimətni redaktə et]

Albaniyanın "Radio Televizioni Shqiptar" (RTSH) yayım şirkəti 30 sentyabr 2024-cü ildə Avroviziya 2025 mahnı müsabiqəsində iştirak edəcəyini rəsmən bəyan etmiş və təmsilçinin seçilməsi üçün uzunillik ənənəyə malik "Festivali i Këngës" layihəsinə müraciət etmişdir.[1] Bu buraxılış sayca 63-cü milli seçim müsabiqəsi olmuşdur. Ümumilikdə 30 ifaçının mübarizə apardığı yarışma iki yarımfinal və bir böyük final mərhələsindən ibarət şəkildə təşkil edilmişdir.[4] Münsiflər heyəti tərəfindən finala 15 iştirakçı seçilmiş, yekun nəticə isə peşəkar münsiflərin səsverməsi, "diaspor səsləri" adlandırılan xaricdən onlayn platforma vasitəsilə daxil olan səslər, eləcə də Albaniya və Kosovoda keçirilən SMS səsverməsinin birgə kombinasiyası əsasında müəyyənləşdirilmişdir.[5]

"Zjerm" mahnısının "Festivali i Këngës 63" müsabiqəsinin iştirakçısı olduğu 7 oktyabr 2024-cü ildə rəsmən elan edilmişdir.[6] Kompozisiya 19 dekabrda baş tutan birinci yarımfinalda yarışaraq final mərhələsinə vəsiqə qazanmışdır. 22 dekabr 2024-cü ildə keçirilən finalda isə həm münsiflər heyətinin, həm də tamaşaçıların səsverməsində qalib gələrək Avroviziya müsabiqəsində Albaniyanı təmsil etmək hüququ əldə etmişdir.[7]

2025 Avroviziya Mahnı Müsabiqəsi mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur.[8] 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Albaniya birinci yarımfinalda çıxış etmək imkanı qazanmışdır.[9] Səhnə performansı, xüsusilə də Gyergini səhnə geyimi Rozafa qalası haqqındakı əfsanədən ilhamlanaraq hazırlanmışdır.[10] Mahnı yarımfinalda 122 xal toplayaraq 2-ci yeri tutmuş və böyük finala adlamışdır. Böyük finalda "Zjerm" kompozisiyası sonuncu – 26-cı nömrə altında ifa olunmuş və yekunda 218 xal toplayaraq müsabiqəni 8-ci pillədə başa vurmuşdur.[11]

  1. 1 2 Farren, Neil. "Albania: Eurovision 2025 Participation Confirmed". Eurovoix. 30 sentyabr 2024. İstifadə tarixi: 23 dekabr 2024.
  2. Festivali i Këngës në RTSH ndez motorët, grupi "Shkodra Elektronike": "Është një himn, lirikë mbi…" [Festivali i Këngës at RTSH fires up the engine, the group "Shkodra Elektronike": "It's an anthem, lyrics about..."] (Video) (alban). Radio Televizioni Shqiptar. 15 noyabr 2024. İstifadə tarixi: 23 dekabr 2024 YouTube vasitəsilə.
  3. Ilay Gaist. "Albania: Shkodra Elektronike to Perform "Zjerm" in Full Albanian Language at Eurovision!". Euromix. 24 dekabr 2024. İstifadə tarixi: 9 yanvar 2025..
  4. Granger, Anthony. "Albania: Festivali i Këngës 63 Winner to Eurovision & Diaspora Vote Introduced". Eurovoix. 10 dekabr 2024. 15 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2024.
  5. "Fest 63–Emrat e jurisë profesionale që do të përzgjedhin finalistët" (alban). Radio Televizioni Shqiptar (RTSH). 19 dekabr 2024. 19 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2024.
  6. Conte, Davide. "🇦🇱 Albania: Festivali i Këngës 63 Artists Revealed". Eurovoix (ingilis). 7 oktyabr 2024. İstifadə tarixi: 7 oktyabr 2024.
  7. Ljuština, Stevan. "Evrovizija 2025 | Shkodra Elektronike putuje u Bazel" [Eurovision 2025 | Shkodra Electronics to travel to Basel]. Evrovizija.rs (serb). 23 dekabr 2024. İstifadə tarixi: 23 dekabr 2024.
  8. "Basel will host Eurovision Song Contest 2025". Eurovision.TV. European Broadcasting Union. 30 avqust 2024. İstifadə tarixi: 28 yanvar 2025.
  9. "Eurovision 2025: Semi-Final Draw Results". Eurovision.TV (Press-reliz). European Broadcasting Union. 28 yanvar 2025. İstifadə tarixi: 31 yanvar 2025.
  10. Adams, William Lee. "Albania: Shkodra Elektronike nod to the Legend of Rozafa with breast outlined on dress". Wiwibloggs (ingilis). 5 may 2025. İstifadə tarixi: 17 may 2025.
  11. "Eurovision 2025: The First Semi-Final Qualifiers". Eurovision.TV. European Broadcasting Union. 13 may 2025. İstifadə tarixi: 14 may 2025.